Hazır biznes » Xidmət »

TezGet Taksi (№ 210119)

Satılır

Qiyməti: 10 000 AZN

Əlaqə şəxsi: Şahverən

Əlaqə məlumatları: +994553219676

Web: play.google.com/store/apps/details?id=info

Elektron poçt:

Katqoriya: Xidmət

TezGet sürücülərə və sərnişinlərə təqdim olunan və sərnişindaşımada (şəhərlərarası, şəhərdaxili) vasitəçilik edən "TezGet" marketplace yeniliklər və fərqliliklərlə sərnişindaşıma xidmətində rəqabətə qatılan ilk fərqli taksi sistemidir.
Belə ki, marketplace üçün Android mobil tətbiq, idarəetmə paneli, sosial şəbəkə səhifələri hazır və aktiv vəziyyətdədir. Hazırda sürücülərin toplanılması mərhələsi davam edir və 250 aktiv sürücü bazasından ibarətdir.
Marketplace. ə daha çox xidmətlərin əlavə olunması mumkundur.

TezGet marketplace. in digərlərindən üstünlükləri.
SÜRÜCÜLƏR üçün üstünlüklər:
1. Sifarişlərdə 0% komissiya məbləği.
2. Sürücülər tərəfindən gediş qiymətlərinin təyin edilməsi (minimum gediş məbləği, 1 km məsafəyə görə qiymət).
3. Şəhərdaxili (rayondaxili) sifarişlərin qəbulu.
4. Şəhərlərarası (rayonlararası) sifarişlərin qəbulu.
5. Ayıq sürücü sifarişlərinin qəbulu
6. Bütün ölkə daxilində fəaliyyət göstərmək.
7. Fərdi şəkildə taksi biznesi idarəçiliyi.
8. Sifariş məbləğindən aslı olmayaraq bütün taksi sifarişlərində cəmi 20 qəpik sabit xidmət haqqı.
9. Sağlam və şəffaf rəqabətli sistem.
10. Bütün bunlar 1 mobil tətbiqdə.

SƏRNİŞİNLƏR üçün üstünlüklər:
1. Nəqliyyat vasitəsinə görə taksi seçimi.
2. Gediş qiymətinə görə taksi seçimi.
3. Məsafəyə görə taksi seçimi.
4. Sağlam rəqabətli mühitdə sərfəli və keyfiyyətli xidmət.
4. Şəhərdaxili (rayondaxili) taksi sifarişi.
5. Şəhərlərarası (rayonlararası) taksi sifarişi.
6. Ayıq Sürücü xidməti.
7. Şəhərdaxili, şəhərlərarası Yol Yoldaşı xidməti.
8. Yol Yoldaşı xidmətində online şəkildə yer bron olunması.
9. Bütün ölkə daxilində istifadə.
10. Bütün bunlar 1 mobil tətbiqdə

TezGet mobil tətbiqetməsi sərnişinlər, sürücülər və sürücülük vəsiqəsi olan ayıq sürücüləri bir arada toplayaraq, onlar arasında əlaqə yaradaraq sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.

- Mobil tətbiqetmə istifadəçilərə (sərnişin və sürücülərə) 2 xidmət qrupu təklif edir: Şəhərdaxili sərnişindaşıma xidməti; Şəhərlərarası sərnişindaşıma xidməti:

- Mobil tətbiqetmə istifadəçilərə (sərnişin və sürücülərə) 3 xidmət növü təklif edir: Fərdi taksi xidməti; Yol yoldaşı xidməti; Ayıq sürücü xidməti:

Təklif edilən xidmət qrupları və növləri aşağıdakı şəkildə təşkil olunur:
1. Şəhərdaxili (Azərbaycan Respublikasının şəhər və rayonları) sərnişindaşıma xidməti və ona aid olan alt xidmətlər:
- Taksi xidməti – Fərdi taksi sifarişi üçün nəzərdə tutulmuşdur;
- Yol yoldaşı xidməti – Eyni məntəqəyə gedən bir neçə şəxslərin eyni taksidən istifadə edilməsi üçün nəzərdə tutulmuşdur;
- Ayıq sürücü xidməti – Spirtli içki qəbul etmiş və hər hansı səbəbdən öz nəqliyyat vasitəsini idarə edə bilməyən şəxslər üçün sürücülük vəsiqəsi olan Ayıq Sürücülərin sifariş edilməsi üçün nəzərdə tutulmuşdur.

Ətraflı maraqlı olan şəxslər qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər.

Korporativ Ümumi məlumatlar

Bütün hüquqları qorunur © 2011 partner.az

Saytın administrasiyası yayımlanan elanların
və reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.

Dizayn və proqramlaşdırma fixajOnline