Xidmətlər

Biz aşağıda qeyd edilmiş xidmət növləri göstəririk:

Nümayəndəlik xidmətləri

Sifarişçinin adından və onun tapşırığına əsasən Sifarişçinin müştəriləri ilə danışıqların aparılması. Müqavilələr və digər zəruri sənədlərin hazırlanması. Sifarişçinin tapşırığına əsasən görüşlər, işgüzar iclaslar və s. işlərin təşkili. Şirkətin reklam materiallarının hazırlanması. Tərcümə xidmətləri. Sifarişçinin nümayəndələri ilə görüşlər, onların yerləşdirilməsi və iş üçün zəruri olan hər bir şeylə təminat. Mühasibat və maliyə hesabatlarının aparılması, zəruri sənədlərin rəsmiləşdirilməsi və onların poçtla göndərilməsi xidmətini daxil etməklə sənədləşmə xidməti.

Qiymətləndirmə xidmətləri

- Biznes dəyərinin qiymətləndirilməsi və dəyər analizi – müəssisənin bazar dəyərinin qiymətləndirilməsi, qalıq dəyəri, paylar, səhm qoyuluşlarının qiymətləndirilməsi;

- müxtəlif növ daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi – tikinti işləri bitməmiş kommersiya və sənaye daşınmaz əmlakın, obyektlərinin qiymətləndirilməsi;

- qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsi –ixtira, sənaye nümunələri, ticarət nişanları, ticarət markalarına dair lisenziyalar, patentlər, françayzinq;

- maşınlar, avadanlıq və nəqliyyat vasitələrinin dəyərinin qiymətləndirilməsi – bütün növ avadanlığının olanların qiymətləndirilməsi;

- investisiya layihələrinin qiymətləndirilməsi, investisiya analizi;

- biznes-planlar, texniki-iqtisadi əsaslandırılmasının işlənib hazırlanması;

Vasitəçilik xidmətləri

Satıcı və ya alıcı adından çıxış etmək, müəssisələr üzrə təqdimatın hazırlanması, satıcı/alıcı adından danışıqların aparılması.

Hüquqi şəxslərin qeydiyyatdan keçməsinə dəstək.

Korporativ Ümumi məlumatlar

Bütün hüquqları qorunur © 2011 partner.az

Saytın administrasiyası yayımlanan elanların
və reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.

Dizayn və proqramlaşdırma fixajOnline